Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Tibb Universiteti ilə birlikdə yanvarın 18-də görkəmli ictimai xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçilir.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Zəhra Quliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılmışdır.
Bildirilmişdir ki, Azərbaycan qadın hərəkatının liderlərindən biri olan Zəhra Quliyeva uzun illər Azərbaycan Tibb Universitetinin rektoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri olmuşdur. Keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatları, orden-medalları ilə təltif olunan Zəhra xanımın adı və əməlləri onun ardıcıllarının, yetirmələrinin yaddaşında əbədi iz qoymuşdur.
Milli.Az