Ailəvi nağıl-tamaşa nümayiş olunacaq
10.4.2018

İyunun 3-də Bakıda ilk dəfə Heydər Əliyev Sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gunu müasibətilə uşaqlar üçün “Veçerinka u Monstrov” adlı ailəvi tamaşa-nağıl göstəriləcək.

Heydər Əliyev Sarayından bildirilib ki, Rusiyanın sevilən teatr və kino ulduzları Yeqor Salnikov və Andrey Sviridov parlaq və baxımlı çıxışları, həmçinin sirk artistləri tryuklar və illuziyalar ilə uşaqları sevindirəcək və gözəl əhvali-ruhiyyə bəxş edəcəklər.


azertag.az