Bakıda “Türk İslam sənətləri” sərgisi açılacaq
10.4.2018

Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında olan “Türk İslam sənətləri” sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə gerçəkləşəcək. Sərginin əsas məqsədi ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq, mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır.

Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janr və texnikalarda işlənmiş 80-dən artıq sənət əsərinin nümayişi nəzərdə tutulur.


azertag.az