Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində 9-mərtəbəli parkinq tikiləcək. Bu barədə Nizami Rayon İcra hakimiyyətindən bildiriblər.
Tikinti üçün 25 sot torpaq sahəsi ayrılıb. Layihəyə əsasən, dayanacağın üç mərtəbəsi yerin altında, 6 mərtəbəsi isə üstündə olacaq.
Parkinq 442 yer üçün nəzərdə tutulub və ətrafdakı ticarət mərkəzlərini ziyarət edənlər üçün olduqca yararlı olacaq.
Tikinti işlərinə bu il başlanılacaq.