Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib
12.4.2018

Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə Belarus prezidentinin mətbuat xidmətinə istinadən xəbər verilir.

"Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasət ilə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək", - təbrik müraciətində deyilir.

A.Lukaşenko həmçinin İlham Əliyevə nəzərədə tutulan planların həyata keçirilməsində möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar diləyib.

report.az