Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.
1/4 final mərhələsinin cavab oyunlarından sonra qitənin ikinci ən nüfuzlu klub turnirində mübarizəni davam etdirəcək komandalar bilinəcək. Ötən həftə baş tutmuş ilk matçlara əsasən, evdə Rusiya MOİK-ni 4:1 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi "Arsenal” tapşırığın öhdəsindən böyük ölçüdə gəlib.
İtaliyanın "Latsio” və İspaniyanın "Atletiko” komandaları doğma meydanda 2 top fərqi ilə qalib gəliblər. Lakin "Zaltsburq” və "Sportinq”in də tur keçmək şansları az deyil. Eyni sözü Almaniyada "Leyptsiq”ə 0:1 hesabı ilə uduzan Fransa "Marsel”inə də şamil etmək olar.
Avropa Liqası
1/4 final, cavab oyunları
23:05. "Zaltsburq” (Avstriya) – Latsio (İtaliya)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:4
23:05. "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya)
Baş hakim: Milorad Majiç (Serbiya)
İlk oyun – 0:2
23:05. MOİK (Rusiya) – "Arsenal” (İngiltərə)
İlk oyun – 1:4
Baş hakim: Feliks Tsvayer (Almaniya)
23:05. "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya)
Baş hakim: Born Keypers (Hollandiya)
İlk oyun – 0:1
report.az