Modelyer Fəxriyyə Xələfova yeni gəlinlik kolleksiyamı təqdim etməyə hazırlaşır. Bu haqda şəxsi Facebook səhifəsində yazan modelyer bunları bildirib:
“Tezliklə yeni gəlinlik kolleksiyamı təqdim etməyi planlaşdırıram. Gəlinlik paltarlarının ilk prezentasiyası 2012-ci il may ayının 13-də Heydər Əliyev adına sarayda keçirilmişdir. Azərbaycan bayrağının rənglərini ifadə edən kəmər ilk dəfə mənim tərəfimdən yaradılmışdır, və mən bunun çox gözəl ideya olduğuna əminəm. İstərdim ki, bu ideya gəlinlik dəbində öz yerini tapsın”.
Big.az