Görkəmli pianoçu Bakıda ustad dərsləri keçəcək
12.4.2018

Fransada yaşayan həmvətənimiz, görkəmli pianoçu, Əməkdar Artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva aprelin 16-dan başlayaraq Bakıda ustad dərsləri keçəcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, nazirliyin təşkilatçılığı ilə reallaşacaq fortepiano dərsləri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki kömək göstərilməsi məqsədi daşıyır.

Dərslər Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik və Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərində aparılacaq və aprelin 20-dək davam edəcək.


azertag.az