Paytaxt məktəblisinin “Buta” rəsmi İtaliyada beynəlxalq festivalda birinci yeri tutub
12.4.2018

Paytaxt məktəblisinə məxsus ”Buta” rəsmi İtaliyada keçirilən beynəlxalq rəsm festivalında birinci yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, bu qurumun tabeliyindəki 328 nömrəli tam orta məktəbin X sinif şagirdi Bəhruz Zamanlıya aid rəsm İtaliyanın Rimini şəhərində 28 ölkənin qatıldığı “İtalian Break” mədəniyyət və incəsənət festivalında uğur qazanıb. Onun “Buta” rəsmi medal, diplom və sertifikata layiq görülüb.

B.Zamanlı yenidən İtaliyada keçiriləcək beynəlxalq “İtalian Break” mədəniyyət və incəsənət festivalında iştirak üçün dəvət alıb, eləcə də “Play 2018” internet müsabiqəsinə qatılmaq şansı əldə edib. 2012-ci ildən rəsmlə məşğul olan məktəbli bir sıra ölkədaxili yarışlarda da yüksək nailiyyətlər qazanıb.


azertag.az