Sony ofisini satır
18.1.2013

Yaponiyanın Sony korporasiyası Nyu-Yorkun Manhetten şəhərində yerləşən ofis binasını 1,1 milyard dollara satışa çıxarıb.
Medison Avenyuda yerləşən Sony Tower korporasiyanın ABŞ-dakı mənzil-qərargahı, habelə Yaponiyanın paytaxtı Tokiodan sonra şirkətin önəminə görə ikinci ofisidir.

Binanın martda satılacağı gözlənilir. Bina 1,1 milyard dollara satılandan sonra bütün xərclər və ödənişlər gerçəkləşəcək, Sony-yə 770 milyon dollar qalacaq.

Sony 37 mərtəbəli binanı 2002-ci ildə satın alandan sonra təmirə 220 milyon dollar pul xərcləmişdi.

Milli.Az