Günün qoroskopu
21.1.2013

Qoç - fəaliyyətdə məhdudiyyət, sərhəd, hədd tanımayın. İstedad sakitlikdə, xasiyyət isə işığın çılğın çırpıntılarında formalaşır.

Emosional planda əhvalın dəyişməsi, səbəbsiz narahatlıq, əsəb, nigaranlıq, bədbinlik yaşana bilər.
Bütün diqqəti işə yönəldin, amma batindəki durumu da təhlil edərək anlamağı unutmayın.

Bu gün yaranan və hiss olunan qayğılar xüsusi diqqət tələb edir.
Hər şeyi olduğu kimi saxlasanız və ya müşkülün çözümünü təxirə salsanız - çat daha da genişlənəcək, dərinləşəcək və sonra həmin problemi həll etmək üçün daha böyük səylərə ehtiyac duyulacaq.

Günün hadisələrini və aldığınız xəbərləri diqqətlə təhlil edin, bundan sonrakı fəaliyyət üçün onların arasında ipucları arayın.

Buğa - yanvar ayının ən çətin günlərindən biridir. Fəqət, bezdirici, yorucu, usandırıcı məqamdan qurtulmaq, yenilənmək imkanınız var.

Özünüzə inanın, zəif olmayın.
Mərhələnin keçidi hissi yarana bilər. Münasibətlər və işin yeni mərhələsinə keçin.

Bütün bunlar o qədər də xoş olmayan emosiyalarla müşayiət ediləcək. Fəqət, yeniliklərə can atırsınızsa, irəliləmək istəyirsinizsə, yeni maraq və tələbləri nəzərə alın.

Biri gedir, başqası gəlir, məkan boş qalmır.
Təcrübəli insanla ünsiyyət və ya yazışma xeyirli ola bilər.

Əkizlər - insanın qorxu, təşviş və ya təhlükə anında möcüzəyə daha çox inandığını bilirsinizmi? Qorxmayın, çünki hansısa məsələdə gərginlik hiss edən kimi soyuqqanlı, təmkinli davranaraq problemin həllinə başlayın.

Tərəfdaş və iş yoldaşları ilə danışın, problemi müzakirə edin.
Münaqişələrə, ciddi emosiyalara səbəb olmayın.

İşinizlə bağlı xəbəri qulaqardına vurmayın.
Çoxsaylı imkanlar yaranır, di gəl, təkbaşına heç nə edə bilməzsiniz.

Üstəlik, bu gün maraq dairəsində olmaq istəyirsiniz.
Yaxın ətrafınızdakı insanlara qarşı çox tələbkar olmayın, aqressiv davranmayın. Yaxın bildiyiniz insanı nəyəsə inandırmağa, dilə tutmağa çalışmayın.

Fiziki iş üçün əlverişli gündür.

Xərçəng - gün ağırdır, gərgindir və yaşanan olaylardakı imkanlar artdıqca gərginlik də çoxalır.
Qabriel Qarsia Markesin "fənd"indən istifadə edin, ciddi emosiyaları zəiflədin.

Əgər müəyyən şəxslə münasibətlərdə çətinlik yaranarsa, tərəf-müqabili dinləyin. İn və Yanın arasındakı cığırı taparaq qarşılıqlı münasibətlərin yeni xəttini çəkin.

Maliyyə məsələlərində xüsusilə ehtiyatlı olun. İmkan varsa, maliyyə əməliyyatlarını təxirə salın, ya da etibarlı və bilikli, təcrübəli insana üz tutun.

Ailə üzvləri və yaxınlarınıza diqqətli olun, onların dərdlərindən hali olun, problemlərini anlamağa çalışın.
Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə tarazlığa riayət edin.

Axşam bütün işləri unudun.
İngilislər demişkən, "just relax".

Şir - diqqəti cəlb etməyə səy göstərməyin. İstirahət etməyə imkan əldə edin, çünki az sonra irəli atılmalı olacaqsınız.
Şəraitin uğurlu olması sizin doğru yolda olmağınızın işarəsidir.

Sabah işləriniz artacaq. İndidən hazırlığa başlayın. Hadisələrin qəfil dəyişkənliyi və ya emosiyaların çalxalanmasına hazır olun.

Evdəki şəraiti qaydaya salın, səliqə yaradın.
Ruhunuzu müxtəlif yönlərə dartan fikir və emosiyalara əsir düşməyin.

Qız - başqalarının probelmlərinə qarışmayın, çağırışsız yardım etməyin, kiməsə himayədarlıq fikrinə düşməyin.

Əks təqdirdə problemlərinizi daha da artıracaqsınız.
Arzu edin, planlar qurun, oynamaq istədiyiniz partiyanın fiqurlarını irəli çəkin.

Oyun şərtləri, oyunçular, prioritet və məqsədləriniz dəyişir. Marağınızı yeni hədəfə yönəldə biləcək tanışlıq baş tuta bilər.

Maliyyə perspektivlərinizə təsir edəcək insanı tanıyın. Böyük gərginlik tələb etməyən işlərlə məşğul olun.

Tərəzi - çin olmayan arzular ucbatından ağırlıq, nigaranlıq hissi yarana bilər. Daxili təmizlənmə, keçmişin ağır izi ilə vidalaşmağa ehtiyac var.

Bunu edin, əks təqdirdə yeniliyi duymayacaqsınız.

Kompüterdəki lazımsız faylları, yazışma arxivini silin. Uğursuzluqların xatirəsi və ya baş tutmamış planlardan qurtulun. Faydalı adət və əlaqələri bərpa edin.

İşdən həzz alın. Axşam saatlarını yalnız özünüzə həsr edin.

Əqrəb - bu gün müşahidə, yaddaş və fəndgirliyə ehtiyacınız olacaq. Nə isə sizə ciddi təsir, ya da zərbə vura bilər. O problemdən qurtulmağa çalışmayın, çünki həmin məsələnin kökləri keçmişinizdə, yaşadığınız günlərdən birindəki hadisədədir.
Nəticə bu gün hasil olur.

Münasibətlərdəki fərqləri sakit dəf edin, daxili hisslərinizə kövrəlməyin.
Pərişan ola bilərsiniz.

Çünki ən yaxın bildiyiniz insan gözləntilərinizi doğrultmayaraq fəaliyyətsiz qalacaq, ya da şərtlərin ağırlığına dözməyərək geri çəkiləcək.

İllüziyaları unudun, yeni istiqamətdə yeni məqsədlərə doğru hərəkət edin.
Küsməyin, qəzəblənməyin. Gələcək barədə, o gələcəyi necə görmək istədiyiniz haqda düşünün.

Oxatan - Venera və Plutonun münasibətləri həddən artıq sərfəli işi gerçəkləşdirməkdə sizə kömək edə bilər. İmkanı əldən versəniz, ciddi maliyyə problemləri ilə qarşılaşacaqsınız.

Bağışlamaq və bağışlanmağa ümid etmək üçün əla vaxtdır.
Emosiyalarınızın laübəsi ilə qarşılaşsanız, təşvişə düşməyin: bir mərhələni bitirərək yeni dövrə başlamaq əsnasıdır.

Həddən artıq işləməyin. Müvəqqəti anlaşılmazlıq və fikir ayrılıqlarını dəf etmək üçün yaxınlarınız, ailə üzvlərinizlə səmimi, mehriban olun.

Sizinlə müqayisədə kiməsə daha çox lazım olan əşyanı bağışlamağa nə deyərdiniz?!

Oğlaq - münasibətlərdəki dəyişikliklər perspektivlərinizə müsbət təsir edəcək. Sərfəli əməkdaşlığın başlanması, əvvəl başladığınız işdən və ya sifarişdən, layihədən gəlir əldə edilməsi mümkündür. Hədiyyə, əziyyət çəkmədən gəlir istisna deyil.

Depressiyada olduğunuzu düşünürsünüzsə, sakitləşin, tələbat olmadan aktiv hərəkətlər etməyin.
İndi baş verənlər karmanın tələbləridir.

Əgər gerçəkliyinizi yaratmaq üçün qurban veribsinizsə, indi həmin əməllərin bəhrəsini görürsünüz.

Axşam saatları təcili iş olmasa, vaxtı özünüzə həsr edin.
Tərəfdaş şikayətlənərək yaşamından danışarsa, onu dinləyin.
Ailə üzvləri və ya dostlarla ümumi perspektivləri müzakirə etmək olar.

Dolça - dayanın, nəfəs alın, ətrafa baxın. Yaxın gələcəklə bağlı yeni orientirləri seçə biləcəyiniz vaxtdır. Sizi maraqlı informasiya, tamamilə yeni mövzulu işdə, hadisədə iştirak məcburiyyəti gözləyir.

Daxili gərginlik, iddia və tələbat səviyyəsini azaltmağa çalışın.

Bu günün hadisələri sınaqdır. Həmin olayların sayəsində diqqət mərkəzində olan nəsnə, hadisə və ya insanın əsl dəyərini öyrənəcəksiniz.

Borcları qaytarmaq, vədləri yerinə yetirmək üçün yaxşı vaxtdır.

Eqoizm, ifrat tələbkarlıq və ya dözülməzlik yolverilməzdir.
Sabah əhvalınız dəyişəcək. Ona görə bu gün keçmişi xatırlayın, onunla vidalaşın.

Səhhətinizə diqqət ayırın. Fiziki işlə məşğul olun. Axşam saatlarında isə mütləq bir qədər açıq havada gəzişin.

Balıqlar - bu gün ciddi emosional gərginliklə qarşılaşacaqsınız. Səbəb isə yaxın ətrafınızdakı insanların sizdən diqqət və ya yardım gözləntiləri ilə bağlıdır. Sərt açıqlama və ya hərəkətlərdən yayının.
İmkan varsa, günü işlə gənginləşdirin ki, narahatlıq və ya təlaşa vaxt qalmasın.

Mümkünsə, sakit, tənhalıq şəraiti yaradaraq bütün diqqəti işə verin.
Nasazlıq, problem və ya maneələrlə bağlı siqnal gələn kimi şəraiti nəzarət altına alın, çətinliyi aradan qaldırmağa çalışın.

Axşam saatlarında dostlardan biri yardım təklifi ilə müraciət edə bilər.

Milli.Az