Aprelin 13-də Bakı Dövlət Universitetində (BDU) elmi şuranın növbəti iclası olub.
İclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini vurğulayıb.
Rektor BDU-da elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlər, həyata keçirilən layihələr, qazanılan uğurlar barədə məlumat verib.
BDU-nun elmi işlər üzrə prorektoru, professor Aydın Kazımzadənin “Bakı Dövlət Universitetində 2017-ci ildə yerinə yetirilmiş elmi tədqiqatlar və onun nəticələri” barədə təqdimatı dinlənilib.
azertag.az