Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Türkiyədə Konsulluqlararası Futbol Turniri keçirilib
16.4.2018

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Konsulluqlararası Futbol Turniri keçirilib.

TFF-in dəstəyi, Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan yarışa Fransa, Ukrayna, İraq, Qazaxıstan, Qırğızıstan, Hollandiya, Rusiya, Özbəkistan, Qətər və ABŞ-ın İstanbul Baş Konsulluğunun, eləcə də İstanbul Valiliyi, TFF, BMT/Qızıl Aypara və Türk Şurasının komandaları qatılıb.

Hasan Doğan Milli komandaların Təlim-Məşq Bazasında keçirilən turnirin qalibi finalda Özbəkistanı 4:1 hesabı ilə məğlub edən Qırğızıstan olub. Üçüncü yer uğrunda görüşdə isə Azərbaycan Ukraynaya qalib gəlib – 8:2.

Azərbaycanın İstanbul Baş Konsulu Məsim Hacıyev dəstəyə görə TFF rəhbərliyinə təşəkkür edib.

report.az