Adətən, qışda idmanla məşğul olmağın çətin olduğu deyilir. Hava soyuqdur, heç yerə çıxmaq istəmirsən, yağ və piy isə üst-üstə yığılır. Belədə, mütəxəssislər nar yeməyi məsləhət bilirlər.
Dietoloq Sevinç Bakan arıqlamaq istəyənlərə bəzi məsləhətlər verib:
«Qışda əsas yemək aralarında portağal, naringi, fındıq, qoz, qatıq, ayranla yanaşı, gündə bir dəfə nar yeyin. Nar qışın altun meyvəsidir. O həm orqanizmin immunitetini artırır, onu təmizləyir, həm də yağları yandırır».
Dietoloq həmçinin bildirib ki, şəkərli diabet xəstələri üçün də nar faydalıdır. Çünki nar qanda şəkərin miqdarını tənzimləyir, ürək və damar xəstəliklərindən qoruyur.
İdman salonuna gedə bilməyənlərə dietoloq evdə hərəkətsiz qalmamağı tövsiyə edir:
«Qışda çoxları idman etmək istəmirlər. Amma bunun da öhdəsindən gəlmək olar. Məsələn, televizora oturub baxmayın, otaqda ora-bura gəzinərək izləyin. Oturmusunuzsa, əl-qolunuzu hərəkət etdirin. Nahar edəndən sonra boşqabları masadan mətbəxədək bir-bir aparın, siniyə yığmayın. Ev işi görərkən də bədən üzvlərinizi çalışdırın. Hər gün musiqi altında azı 15-20 dəqiqə rəqs edin».
Milli.Az