Nil Armstronqdan sonra Aya ayaq basmış ikinci insan kimi tanınan Buzz Oldrin bu hərəkətini təkrarlamağa həvəsli deyil.
Astronavt “Habertürk”ə müsahibəsində “ikinci adam” statusunun özü üçün təhqiredici olduğunu bildirib.
B.Oldrin Ay səthinə ayaq basmış ikinci insan olaraq, orada təkrarlanmayacaq hisslər yaşadığını desə də, Yerin təbii peykinə təkrar səyahət etmək arzusunda olmadığını bildirib.
Artıq sağlığında əfsanələşən astronavt insanların 2030-cu il civarında Mars planetinə uça biləcəkləri haqda ehtimallara şübhə ilə yanaşaraq, bunun daha gec baş tutacağını dilə gətirib.
gun.az