Novruz bayramı ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilib
31.10.2011

Novruz bayramı ATƏT-in baş katibi tərəfindən daimi əsaslarla ATƏT-in Vyanadakı rəsmi bayramlar siyahısına daxil edilib. APA-ya istinadən verilən məlumat görə, baş katib bu qərarı Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü ilə verib.