Qız Qalasında konservasiya işlərinin növbəti mərhələsinə başlanılır.
YUNESKO-nun “Dünya İrs Siyahısı”na daxil olan Qız Qalasının fasadında 2009-cu ildən başlanmış tammiqyaslı bərpa və muzey konservasiya işlərinin böyük hissəsi yerinə yetirilmişdir. Bununla yanaşı, plana uyğun olaraq keçən ilin sonlarında abidənin daxilində başlanmış təmir-bərpa işləri bu il davam etdiriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, bununla əlaqədar, yanvar ayının 22-dən etibarən abidə ziyarətçilər üçün bağlanacaqdır. Qız Qalasında bərpa və konservasiya işlərinin 2013-cü ilin sentyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.
Milli.Az