Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, müvafiq sahələr üzrə mütəxəssislərin müəyyən edilməsi (dövlət qurumlarının sifarişləri əsasında əməkdaşlıq) məqsədilə təşkil etdiyi seçim turları davam edir.
Tərcümə Mərkəzindən bildirilib ki, turlarda iştirak üçün qeyd olunan sənədlər (şəxsiyyət vəsiqəsinin surəti; 2 ədəd (3x4) fotoşəkil; CV) mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.
Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.
Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz: (+994 12) 595-10-69 (daxili nömrə 123).
azertag.az