Sabiq prezident köməkçisi Kondoliza Rays artıq CBS telekanalında çalışacaq.
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays yerli telekanallardan birində işə düzəlib. "Vesti"yə istinadən verilən məlumata görə, sabiq dövlət katibinin yeni iş yeri CBS telekanalıdır.
Məsələ ilə bağlı şirkətin prezidenti Devid Rods bildirib ki, xanım Raysın siyasi sahədə böyük təcrübəsi kanalın verilişlərində istifadə olunacaq: "Amerika, eləcə də ölkə xaricində olan məsələlərin öyrənilməsində K.Rays bizə yardım edəcək".
Xatırladaq ki, Kondoliza Rays 2005-2009-cu illərdə ABŞ dövlət katibi vəzifəsində çalışıb. O, Milli Təhlükəsizlik məsələləri üzrə prezident yardımçısı və ABŞ dövlət katibi olan ilk qaradərili qadındır. Digər tərəfdən, Kondoliza Rays Madlen Olbraytdan sonra Amerika administrasiyasında yüksək vəzifə tutan ikinci qadındır.
Milli.Az