Treninq iştirakçılarına sertifikatlar təqdim edilib
18.4.2018

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Salyan, Neftçala, Göyçay, Ağdaş mərkəzi kitabxanalarının əməkdaşları üçün keçirilən ALİSA elektron kitabxana sisteminin və innovasiyaların kitabxanalara tətbiqi mövzusunda treninq yekunlaşıb.

Kitabxanadan bildirilib ki, bununla bağlı aprelin 18-də treninq iştirakçılarına sertifikatlar təqdim edilib.

Çıxış edənlər treninq iştirakçılarına uğurlar arzulayıblar.


azertag.az