Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün ilk turun görüşləri keçiriləcək.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovla Rauf Məmmədov isə qara fiqurlarla oynayacaq.
Veselin Topalov (Bolqarıstan) - Teymur Rəcəbov (Azərbaycan)
Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya)
Dinq Liren (Çin) - Radoslav Voytaşek (Polşa)
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)
David Navara (Çexiya) - Rauf Məmmədov (Azərbaycan)
Görüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, yarış dairəvi sistemlə 9 turdan ibarət olacaq.
report.az