Bu gün Nyu-Yorkdakı məşhur Azadlıq heykəlinin 125 yaşı olur
28.10.2011

Nyu-York buxtasındakı Azadlıq adasında quraşdırılmış heykəlin açılış mərasimi o zamankı prezident Qrover Klivlendin də iştirakı ilə 1886-cı il oktyabrın 28-də olub.
Azadlıq Heykəli Birləşmiş Ştatlara Fransa tərəfindən bəxş edilmişdir. Onun hündürlüyü 93 metr, çəkisi 225 tondur. Heykəl qurulduğu yerə böyük paraxodla gətirilib. Heykəltəraş - Frederiku Oqyustu Bartoldi, memar - Riçard Morris Xant.