Gənc Tamaşaçılar Teatrı növbəti səfərində “Tıq-tıq xanım” tamaşası ilə çıxış edəcək
19.4.2018

Doxsan illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır.

Teatrdan bildiriblər ki, teatrın kollektivi mayın 1-dən 6-dək Rusiyanın Şimali Osetiya–Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik Milli Dövlət Dram Teatrının qonağı olacaq və “Tıq-tıq xanım” tamaşası ilə teatrın səhnəsində çıxış edəcək.

Öz növbəsində Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakıda keçiriləcək III Beynəlxalq Şəki Teatr Festivalı çərçivəsində mayın 18-21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatrın kollektivi “Vova möcüzələr ölkəsində” tamaşasını Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirəcək.


azertag.az