Azərbaycanda havaların isti keçməsinin səbəbləri açıqlanıb
22.1.2013

Aparılan çoxillik meteoroloji müşahidələrə görə, Bakıda sonuncu dəfə yanvar ayında ən yüksək temperatur 1979-cu ildə qeydə alınıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Həmin vaxt paytaxtda temperatur 22,3 dərəcə təşkil edib.

Sabah isə Bakıda 13-18 dərəcə, Azərbaycanın rayonlarında isə 15-20 dərəcə isti gözlənilir. Havaların isti keçməsinə səbəb cənubdan ölkə ərazisinə isti hava cərəyanının daxil olmasıdır.

APA