Qoç - birmənalı olmayan, çətin gündür. Ay ərzində görüləcək işlərin bir qisminin təməli indi qoyulacaq. Pozitiv olun, sizdə razılıq hissi yarada biləcək məşğuliyyət arayın.
Maraq və ya davranışınız barədə kimsə sərt tənqidi fikir söylərsə, onu cəzalandırmaq istəyinə boyun əyməyin. Situasiyanı tam dəyərləndirin. Həyat və işinizdə çətinlik yaradan adamı zərərsizləşdirin.
Problemlər düyünü açıla bilər. Lakin tələsməyin, ağıllı davranın.
Yolda ehtiyatlı olun.
Buğa - gün ərzində gözlənilməz hadisələr, paradoksal davranışlar, xəyanət və kövrəlmə ilə qarşılaşacaqsınız. Emosional hərəkətlər, hisslərin aktiv izharı yaranmış şəraitdə müvazinətin pozulması ilə nəticələnə bilər.
Yeni həllər arayın. Yeniliyə mövqeyinizi aşkar şəkildə bildirin.
Nəticələri təxminləyin, yardım arayın, özünüzü sığortalayın.
İşdə heç nəyi öz axarına buraxmayın.
Axşam saatları çox məhsuldar ola bilər.
İşdə gecikməyə və evə bir qədər gec getməyə hazır olun.
Əkizlər - günün tempi arzuolunan səviyyədən də artıqdır və bundan yararlanmağa çalışın. Təbii, bütün hadisələri idarə etmək iqtidarında deyilsiniz. Lakin istənilən halda, problemlərin qarşısından geri çəkilməkdənsə axına qarşı hərəkət etmək daha yaxşıdır.
Hüquqlarınızı qoruyun, haqqınızı tələb edin. Qanunlar yazılıbsa, onlara riayət olunmalıdır və o qanunlarda da sizin haqqınız təsbit olunub.
İmpulsiv və hisslərlə çulğanmış şəkildə işləmək pis olmasa da, fəaliyyəti planlaşdırmaq gərəkdir.
Günün nəbzini tutun, leytmotivi müəyyənləşdirin.
Xərçəng - enerjili, aktivsiniz. İstəklərinizdən birini gerçəkləşdirə bilərsiniz. Öhdəsindən gələ bilmədiyiniz, bitirmək imkanında olmadığınız işlə kifayətlənməyin.
İş çoxluğu zəiflik, çalışqanlıq hissinin azalması ilə nəticələnə bilər.
Əlavə tapşırıq alsanız, səhhətinizə ziyan dəyə bilər.
Tələsməyin, prioritetlər barədə düşünün, səhhətinizi qoruyun. Dəyişə bilmədiyiniz məqamla bağlı narahatlığı azaltmaq üçün fikrinizi müvəqqəti olaraq başqa işə yönəldə bilərsiniz.
Şir - ünsiyyət, səfər, tədqiqat, macəra, informasiya axtırışı üçün əlverişli gündür. Xoş və qəfil anları tələskənlik, qarğaşa, nigaranlıq, qarışıqlıq və yaxın ətrafınızdakı insanların davranışlarındakı anlaşılmazlıq əvəzləyəcək.
Eşitdiklərinizdə məntiqi ünsürləri arayın. Təmaslar spontan, həmsöhbətin danışığı xaotik olsa belə, təmkinli olun.
Çatışmayan məqam tapılacaq və layihəni reallaşdıra biləcəksiniz.
Qız - sizi çoxdan bəri narahat edən suallara konkret və dəqiq cavab tapa, həyatınızın indiki dövründə ehtiyacınız olan informasiya əldə edəcəksiniz.
Həll etmək məcburiyyətində olduğunuz ən önəmli problemi seçə biləcəksiniz.
Həllini tələb edən məsələlərdən biri təxirəsalınmaz şəkildə çözülməlidir.
Günəş və Merkurinin münasibətləri kuliminasiya mərhələsindən çıxdığından iş və ya layihəniz gəlir gətirəcək.
İstədiyiniz işi görə bilərsiniz.
Ailə üzvləri və yaxınlarınızla ümumi işləri müzakirə etmək imkanı tapın. Şəxsi həyatda impulsiv, çılğın hadisə yaşanacaq.
Tərəzi - ehtiyac duyduğunuz bir sıra məqamlarla bağlı rahatlıq əldə edə bilərsiniz. İlk növbədə görməli olduğunuz işi müəyynələşdirin, sonra onu dərhal reallaşdırmağa başlayın.
Görüləsi işlərlə bağlı məsləhətimiz abstrakt təsir bağışlaya bilər, amma unutmayaq ki, mühüm qərarlar bir qayda olaraq ənənəvi, adi öhdəliklər, aktiv təmaslardan razılıq və ətrafdakı insanlarla qarşılıqlı əlaqə şəraitində yaranır.
Şəxsi münasibətlərdə tərəf-müqabilidən narazı qala bilərsiniz. Onun davranışında hansısa nüansın maraqlarınıza cavab verməməsi mümkündür. Situasiyanı anlamaq üçün müəyyən səylər göstərilməlidir. Yaxınlarınız və iş yoldaşlarınızla qarşılıqlı anlaşmaya nail olun.
Əqrəb - bu gün tələskənlik, narahatlıq hiss edə bilərsiniz. Səbəb birlikdə iş gördüyünüz insanlar, yaşadığınız hadisələrdir.
Hadisələr sürətli templə yaşanır və olayların arxasınca getsəniz, uduzacaqsınız. Nəzarətinizdən çıxan mövzu ilə bağlı təlaşa düşərək hirslənməyin.
İşdə zəhmətkeş, çalışqan, səbrli olun.
Danışıqlar aparsanız, vasitəçilik bacarığınız və səbriniz xeyrinizə işləyə bilər.
Yaşam ərazisinizdə qayda-qanun yaradın. Köhnə əşyalarınızdan qurtulun.
Yeni planlarınızı reallaşdırmaq üçün daha çox manevr edin.
Oxatan - gərginlik, ünsiyyət və təmaslarda aqressiv məzmunun yükü artır. Gün sizdən aktiv fəaliyyət tələb edir. Bir yerdə qalmayın, ətalətli olmayın, yaxın ətrafınızdakı insanlarla sıx təmas qurun.
Maraq göstərdiyiniz insan və ya nəsnə barədə fikrinizi dəyişə biləcək xəbər alacaqsınız. Yalnız gərəkli əməlləri yerinə yetirin və ehtiyac duyulmayan iş görməyə çalışmayın.
Gün ərzində fiziki işlə məşğul olmaq pis deyil. Axına qarşı üzməyin, ailə üzvləri, yaxınlarınız və ya iş yoldaşınızla mübahisə etməyin, münaqişə yaratmayın. Kimsənin təsiri altına düşməyn. Mübahisəli məsələlərdə tələsməyin, problemləri qismən təhlil edərək çözün.
Oğlaq - hadisələr aktivləşir, sürətlə inkişaf edir. Təmkinli olmasanız, gərginlik artacaq, başağrıları başlayacaq.
Yeni mərhələyə hazır olun, çünki işin həcmi və sayı artır.
İşləri təxirə salmayın, onları bitirməyə səy göstərin.
Effekti dərhal alına biləcək işlər bu gün xüsusilə aktualdır. Evdəki işlər barədə də eyni sözləri demək olar. Ağır fiziki iş görmək olar. Amma ləng olmayın, astagəllik etməyin. Əks təqdirdə nəticələrdən həzz ala bilməyəcəksiniz.
Münasibətlərdə mübahisələrə yol verməyin.
Emosiyalar mühümdür, amma onlar sürəkli ön planda olmamalıdır.
Dolça - əvvəlki günlərin gərginliyi qalır. Qəfil istəklər, gözlənilməz fikirləri nəzarətdə saxlayın. Çox yəqin ki, ilk impulsdan sonra niyyətinizdən əl çəkəcəksiniz.
İşlə bağlı məsələlərin həlli gərəkli insanla təmasda rahatlıq və səmimiyyətdən asılı olacaq.
Peşəkarlıq, təfərrüatları müzakirə etmək bacarığı da önəmlidir.
Hər hansı mühüm qərardan, vacib işdən əvvəl bir qədər gözləyin. Axşam saatları uğurlu olacaq.
Qonaq gedin, gəzintiyə çıxın, kinoya baxın. Görüş, müzakirə, yazışma və səfər yeni perspektivlər aça bilər.
Balıqlar - gün ərzində rutin işlərlə məşğul olun, heç bir yerə tələsməyin. Şəxsi və sosial münasibətlərdə impulsa, istəyə bir qədər tabe ola bilərsiniz. Amma heç nəyi ifrata çatdırmayın, məktublar yazmayın, zəng vurmayın, sonra peşman ola biləcəyiniz hərəkətlər etməyin.
İşi artırmaq üçün təşəbbüs göstərməyin. Amma başladığınız istənilən işi sistemləşdirin və qaydaya salın. Olduğunuz məkanda nizam yaratmağa can atın.
Diqqətli olun! Aktiv maraqlandığınız mövzuda sürətlə irəliləməyinizə imkan verəcək məlumat alacaqsınız.
Axşam saatları ünsiyyət və intellektual fəaliyyət üçün əlverişlidir.
Milli.Az