Bu gün Yer kürəsində zəif geomaqnit qasırğası baş verib.
Xarici mətbuata istinadən verilən məlumata görə, səhər saatlarından başlayan təbiət hadisəsi 6 saata yaxın davam edib.
Qasırğanın baş verməsinə səbəb Günəş küləyi sürətinin dəyişməsi olub.
Alimlər bildirib ki, bu il 7 geomaqnit qasırğası olub və proqnozlara görə, mayın ortalarına qədər başqa qasırğanın olması gözlənilmir.
report.az