Əməkdar artist Lalə Məmmədova yeni klip çəkdirib. Klip sözləri Sona Vəliyevaya, musiqisi Novruz Aslana aid "Yağış" mahnısına çəkilib. Müğənni klipdə 4 obrazda görüntülənib. Obrazları silist Elnur yaradıb.
Mahnını Nail Naiboğlu ekranlaşdırıb. Ekran işi Pərviz Oqtayoğlunun prodüsserliyi ilə ərsəyə gəlib.
"Yağış" klipinin operatoru Emin Hüseynov, montajı Elnar Haşımova məxsusdur. Pavilyonda ekranlaşdırılan klipin dekorunu isə Hemdi Temelin rəhbərliyi ilə texniki heyət qurub.
VİDEO
ANS PRESS