Milli Kitabxanada “Oxu günü”
20.4.2018

Aprelin 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da Səbail rayonu M.Rahim adına 7 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə “Oxu günü” çərçivəsində tədbir keçirilib.

Kitabxanadan bildirilib ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Əvvəlcə şagirdlər Xalq Şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış olublar. Sonra şairin Azərbaycan və rus dillərində yazdığı şeirlər səsləndirilib, Milli Kitabxananın binasına ekskursiya ediblər. Şagirdlər kitabxananın sərgi zalında yer almış “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Ramiz Mehdiyev-80”, ”Bakı Prosesi-10”, “Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə də tanış olublar.


azertag.az