Həftəsonu Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, aprelin 20, 21 və 22-də saat 19:00-da müvafiq olaraq “Talelər qovuşanda”, “Toya bir gün qalmış” və “O olmasın, bu olsun” tamaşaları təqdim ediləcək.
Musiqili Teatr balaca teatrsevərlərin görüşünə aprelin 21 və 22-də saat 12:00-da “Dəcəl çəpişlər” və “Yatmış gözəl və cırtdanlar” tamaşaları ilə gələcək.
Səhnə əsərlərində Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, Şövqü Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov və digərləri çıxış edəcəklər.
azertag.az