"Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması Qaydaları”na dəyişiklik olunub
20.4.2018

Buraxılış imtahanı zamanı şagirdlərin məktəbə tütün məmulatı gətirməsi qadağan edilib

Nazirlər Kabineti "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın 2.17.3-cü yarımbəndinə dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən şagirdlərin imtahan binasına tütün məmulatı gətirmək qadağan edilib.


report.az