Musiqili Teatr balaca tamaşaçılarını sevindirib
23.4.2018

Ötən həftənin sonları Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi balaca tamaşaçıları üçün maraqlı səhnə əsərləri təqdim edib.

Teatrın mətbuat xidmətindin bildirilib ki, balacalar sənət ocağının səhnəsində iki tamaşa- “Dəcəl çəpişlər” və “Yatmış gözəl və cırtdanlar” tamaşalarını izləyiblər.

Səhnə əsərlərində Xalq Artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, Şövqü Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Güldanə Əzimova, Nadir Xasiyev və digərləri iştirak ediblər.

Hər iki tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.


azertag.az