İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun anadan olmasının 103-cü ildönümü qeyd edilmişdir
22.1.2013

Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun anadan olmasının 103-cü ildönümü ilə əlaqədar qəhrəmanın Şəhidlər xiyabanındakı abidəsinin önündə tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının keçirdiyi tədbirin iştirakçıları generalın abidəsinin önünə əklil qoymuş, gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər 1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru Həzi Aslanovun qəhrəmanlıqlarla dolu həyatından danışmış, onun şərəfli ömür yolunun gənclərə örnək olduğunu diqqətə çatdırmışlar


AzərTAc