FAO: Azərbaycanda 305 orqanik məhsul istehsalçısı var
24.4.2018

Azərbaycanda 37 min hektar ərazi orqanik ərazi kimi dövlət qeydiyyatına alınıb.

Bunu Ümümdünya Ərzaq Təşkilatının (FAO) "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqlarının artırılması" layihəsi üzrə seminarında qurumun Orqanik Kənd Təsərrüfatı üzrə beynəlxalq məsləhətçisi Uyğun Aksoy deyib.

Bundan başqa, onun sözlərinə görə, hazırda ölkədə 305 orqanik məhsul istehsalçısı var.

Tədbirdə iştirak edən yerli şirkətlərdən birinin rəhbəri isə bu rəqəmin 5 olduğunu deyib.


report.az