"Renault" Bakıya yeniliklərlə gələcək
24.4.2018

"Renault" komandası "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yeniliklərlə gələcək.

Bunu "Renault"un rəhbəri Siril Abitebul deyib.

“Bakıya bir neçə yenilik gətirəcəyik. Azərbaycanda ilk dəfə olaraq yeni yan deflektorları və yeni qanadları sınaqdan keçirəcəyik, Barselona mərhələsinədək isə mühərriki tamamlayacağıq. Ümidvarıq ki, yeniliklər hesabına irəli addım ata biləcəyik. Yeniliklərin işə yaraması vacibdir", - deyə Abitebul bildirib.


report.az