“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakıda fəaliyyət göstərən müxtəlif mərkəzlərin autizmli uşaqları üçün Cıdır Atçılıq Mərkəzində atla gəzinti təşkil olunub.
Qoruq İdarəsindən bildirilib ki, tədbir Ümumdünya autizm maarifləndirmə ayı çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, idarə tərəfindən bu ay çərçivəsində əhali arasında autizmlə əlaqədar maarifləndirmə işlərinin aparılması və autizmli insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər reallaşdırılır. Bu isə autizmdən zərər çəkmiş insanların istedadlarını üzə çıxarmağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.
azertag.az