Azərbaycanda ötən il 1,8 milyon nəfər muzeylərə gəlib.
Dövlət Statistika Komitəsindən bazar ertəsi verilən məlumata görə, ötən il teatrlara gələnlərin sayı 0,5 milyon nəfər olub.
Hazırda Azərbaycanda 36 milyon kitabxana fondu olan 3883 kütləvi kitabxana, 2767 klub müəssisəsi, 227 muzey, 28 peşəkar teatr, 4 filarmoniya, 366 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.
Trend