Yaxın iki gün ərzində ölkə ərazisində mülayim hava şəraiti davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yanvarın 23-24-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 14-19 dərəcə isti təşkil edəcək: “Yaxın iki gündə hava şəraiti dəyişkən buludlu olacaq və mülayim cənub-qərb küləyi əsəcək. Ola bilər ki, sonra isti havalar yenidən davam etsin və ya dəyişsin”.
APA