Sebastyan Fettel: “Bakı trekinin köhnə şəhərdən keçən hissəsindən xoşum gəlir”
27.4.2018

“Bakı - düz yolun uzun olduğu maraqlı trekdir. Yolun yetərincə çətin olan köhnə şəhərdən keçən hissəsindən xoşum gəlir”.

Bunu “Mercedes” komandasının pilotu Sebastyan Fettel f1news.ru saytına müsahibəsində “Formula 1” üzrə Azərbaycan Qran Prisindən danışarkən deyib.

Yeni mövsümün geridə qalan 3 mərhələsindən 2-də qalib gələn və 54 xalla pilotların mübarizəsində lider olan almaniyalı sürücü yaxşı əhval-ruhiyyədə olduqlarını söyləyib.

“İşə yanaşmamı dəyişdiyimi düşünmək lazım deyil. Biz daha sürətli getməsi mümkün olan yaxşı maşın düzəltmişik. Komanda daha böyük nəticələrə imza atmaq üçün bunun üzərində işləyir. Bu, düzgün köklənməyə kömək edir. Əsas rəqibimin kim olacağını bilmirəm. Mövsüm uzundur. Hazırda bizim üçün hər şey yaxşıdır. Lakin bu, belə davam edəcəyi demək deyil. Başlanğıcda yox, həlledici məqamdakı üç mərhələdə nələrin baş verəcəyi daha önəmlidir”, - S.Fettel deyib.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisi aprelin 27-29-da keçiriləcək.


report.az