“Silk Way Holding” yeni şirkət yaradıb
30.4.2018

Vergilər Nazirliyi aprelin 26-da “Silk Way Connect” MMC-ni dövlət qeydiyyatına alıb.

Xəbər verilir ki, yeni şirkət “Silk Way Holding” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportunda qeydiyyatdan keçib.

Bu da onun holdinqin əksər şirkətləri kimi aviasiya sahəsində fəaliyyət göstərəcəyindən xəbər verir. “Silk Way Connect”in nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Emin Etibar oğlu Ələkbərzadədir.

report.az