"TAP layihəsi İtaliya və Azərbaycan üçün prioritetdir".
Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
"Bu layihə Avropanın maraqlarını da birləşdirir. Çünki alternativ enerji mənbələri əldə etmək imkanı verir", - səfir bildirib.
O, TAP-la bağlı İtaliyada olan bəzi etirazları şərh edərək bildirib ki, müəyyən problemlər olub, amma artıq onlar həll edilib və layihənin həyata keçirilməsinə mane olmayacaq: "Bu, o demək deyil ki, belə məsələlər layihənin icrasını ləngidəcək. Azərbaycan və İtaliya arasında olan çox sıx dostluq və strateji münasibətləri nəzərə alaraq, bütün bu problemlər həll edilir".
report.az