Bu gündən Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır
1.5.2018

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 1-dən 2-nə keçən gecədən etibarən paytaxtın Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 metr) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Hərəkətin məhdudlaşdırılması təmir işləri yekunlaşanadək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


azertag.az