"PAŞA Bank" kredit və depozitlər üzrə faiz dərəcələrini aşağı saldı
1.5.2018

"PAŞA Bank" uzunmüddətli kreditlər və depozitlər üzrə faiz dərəcələrini aşağı salıb.

Bunu mətbuat konfransında bankın İdarə heyətinin sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltması (uçot dərəcəsi 13-dən 11 faizə endirilib) sayəsində mümkün olub:

"Əgər 2017-ci ilin kreditlər üzrə faiz dərəcələri 18-20 faiz idisə, hazırda 14-16 faiz təşkil edir. Depozitlər üzrə faiz dərəcələri isə 12-dən 7-8 faizə azaldılıb".

T.Kazımov bildirib ki, dərəcələrin aşağı salınmasının digər səbəbi nağdsız əməliyyatların həcminin artması olub.

Xatırladaq ki, "PAŞA Bank" Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir.


trend