Bakıda Azərbaycan-Polşa işgüzar görüşü keçiriləcək
2.5.2018

Mayın 17-də Bakıda Azərbaycan-Polşa işgüzar görüşü keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, görüş Polşa iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək.

Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 7 Polşa şirkətinin qatılacağı gözlənilir.


azertag.az