Paytaxtın Ziya Bünyadov prospektində hərəkət qismən məhdudlaşdırılacaq
2.5.2018

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü“nə qədər olan hissəsində (20 Yanvar metrosu istiqamətində) üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq həmin ərazidə mayın 2-dən axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə qalacaq.


azertag.az