Qadın güləşçilər Avropa çempionatında mübarizəyə başlayırlar
2.5.2018

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir.

Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Azərbaycanın idman şərəfini Mariya Stadnik (50 kq), Solmaz Həşimzadə (55 kq), Tatyana Omelçenko (59 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) qoruyacaqlar.


azertag.az