İstanbulda “Bir millət, iki dövlət” şüarı ilə konsert olub
3.5.2018

İstanbulda fəaliyyət göstərən Mərmərə Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib.

“Bir millət, iki dövlət” şüarı ilə keçirilən tədbir İstanbuldakı baş konsulluğumuz, Mərmərə Universiteti və Azərbaycanın Mədəniyyətini Yaşatma Dərnəyi tərəfindən birgə təşkil olunub.

Görkəmli Azərbaycan bəstəkarlarının, eləcə də iki qardaş ölkənin xalq mahnılarının ifa olunduğu konsertdə Mərmərə Universitetinin tələbələrindən ibarət musiqi qrupları çıxış ediblər.

Konsertin proqramı professor Aytac Rzaquliyeva və musiqişünas Tülün Malkoç tərəfindən hazırlanıb.

azertag.az