Qoç – İşgüzar danışıqlar istisna olmaqla bütün ünsiyyətlər sizin üçün yorucu ola bilər. Siz öz prinsiplərinizə başqasının rahatlığı naminə yenidən baxmaq istəyəməcəksiniz. İndi ciddi məsələlərə köklənmisiniz və çox güman ki, diqqətinizi maliyyə məsələlərinə yönəldəcəksiniz. Kimsə sizin rəqabətə davamlılığınızı yoxlamaqda bərk maraqlıdır.
Buğa – Ən yaxşısı, hadisələri öz axarında buraxmaq, heç nəyi tələsdirməməkdir. İşin gedişində sizin iradənizdən kənar şəraitdən öz xeyrinizə istifadə etməyin yolları barədə qərar verin. Əsas diqqəti praktiki məsələlərə yönəldin. Yeni ideyalarınızı diqqətlə düşünün. Bəlkə nədəsə yanılırsınız və ya lazımsız işlə məşğul ola bilərsiniz. Ünsiyyətdə ikili standart siyasətini və ya partnyorunuz tərəfindən açıq şəkildə aldadıldığınızı hiss edə bilərsiniz. Lakin nəticə çıxarmağa tələsməyin. Diqqətinizi ən vacib məsələlərə cəmləşdirin.
Əkizlər – Əsəbilik və həyəcan... Güc və ruh yüksəkliyi tələb edən iş tapmaq daha yaxşıdır. Öz mövqeyini nümayiş etdirmək və müdafiə etmək istəyi yaranacaq. Lakin hər şey sizdən asılı deyil və gözləmədiyiniz şey baş verə bilər. Öz-özünü qiymətləndirmə məsələsində gərginlik yarana, zahiri görkəmdən narazılıq baş qaldıra və dərhal nəyisə dəyişdirməyə tələbat yarana bilər. Lakin nə alış-veriş, nə gözəllik salonuna getmək gözlənilən rahatlığı verməyəcək. Sizin hansısa məsələ və ya hadisəyə münasibətiniz bir neçə dəfə dəyişə bilər. Ünsiyyətin əhəmiyyəti artacaq. Amma bu da çətin ki, məmnunluq yarada. Aktivliyinizi yüksək saxlayın, amma ixtiyarı emosiyalarınıza verməyin.
Xərçəng – Hadisələr sakit ritmdə inkişaf edə bilər; işlərə ölçülüb-biçilmiş və praqmatik yanaşmaq lazımdır, tələskənliyə ehtiyac yoxdur. Şəxsi həyatınızda nəsə sizdə gərginlik yarada və təhrik edə bilər. Gözləntilərinizi dəyişən informasiya ala bilərsiniz. Amma indi ən yaxşısı - heç nəyi dəyişmədən sakitcə müşahidə etməkdir.
Şir – Bu gün əvvəldən başlanmış işlərlə məşğul olmaq və sizin üçün vacib situasiyaları bu və ya digər tərəfə dəyişməyə səy göstərməmək məsləhətdir. İşdə, tabeçiliyinizdə işçilərlə (əgər varsa) münasibətlərdə detal və nüanslara diqqət ayırın. Hansısa avantürist layihələri yaxın buraxmayın, vacib şəraitləri ciddi şəkildə pozmayın. Ev heyvanları qayğı tələb edə bilər. Şəxsi münasibətlərdə üstünlük söhbətlərdə olacaq – kifayət qədər qızğın və maraqlı müzakirələr ola bilər.
Qız – Oyun qaydaları sizi qane etmirsə, onları dəyişdirin. Gəlir gətirməyən işlərdən imtina edin. Baş verənləri müşahidə edin, nəticə çıxarmağa tələsməyin. Öz planlarınızı irəli sürmək səyləri digər maraqlı şəxslərin məhdudiyyətləri və müqaviməti ilə qarşılaşa bilər. Sakit, zirək davranın və daha münasib vaxtı tapmağa çalışın. Axşam şəxsi görüşlər (sizin ciddi həvəsinizin olması şərtilə) üçün münasibdir.
Tərəzi – Xəbərlər, müzakirələr və mübahisələrdən, çətin ki, qürrələnmək mümkün olsun. Siz hansısa intriqanın mərkəzində ola bilərsiniz: kənardan gizli təsir, həsəd və rəqabət mümkündür. Bunda öz günahınızın, məsələləri şəxsi mənfəət mövqeyindən həll etmək istəyinin rolunun olub-olmadığını düşünün. İntuitiv şəkildə orijinal qərarlar qəbul edə və öz diribaşlığınıza sevinə bilərsiniz. Hələlik maliyyə məsələlərini həll etmək, yeni nəsə almaq məsləhət deyil. Gözlənilməz itkilər mümkündür. Gün əl işləri, yaradıcılıq üçün uğurludur. Alkoqol qəbul etmək tövsiyyə olunmur.
Əqrəb – Dedi-qodudan və intriqalardan uzaq olun. Məyusluq, inciklik və ya itki mümkündür. Öz dəyərli əşyalarınızı qoruyun, oğrulardan və dələduzlardan ehtiyatlı olun. Yaradıcılıq axtarışları üçün uğurlu gündür. Nəticə əldə etmədən bir işdən digərinə keçməyin. Şəxsi münasibətlərdə yeni intriqa mümkündür. Nəticə çıxarmağa tələsməyin, asanlıqla aldana bilərsiniz.
Oxatan – Üzərinizə əlavə yük götürməyin. İdeya, təklif və vədlər son nəticədə başqa cür görünə bilər. Ona görə də nəyisə imzalamağa və ya planınızı kiminləsə bölüşməyə tələsməyin. İndi ən yaxşısı özünüzə və yaxınlarınıza daha çox vaxt ayırmağa çalışmaqdır. Səhhətiniz xüsusi diqqət tələb edir. Keyfiyyətli və faydalı qidalar qəbul edin, təmiz havada daha çox vaxt keçirin.
Oğlaq – Qarşıda çox iş var. Amma cari işlərdən müsbət nəticə əldə etmədən yenilərinə girişməyin. Baxmayaraq ki, bu məsələdə xeyli şirnikləndirici amillər – maraqlı ideyalar olacaq. Şəxsi münasibətlərdə öz istəklərinizə ikili yanaşma sizi dinclikdən məhrum edə bilər. Yaxşısı budur, nəyisə dəyişməyə tələsməyin.
Dolça – Bu gün həm uğur, həm də problemlər vəd edir. Çətinliklə olsa da, öz maraqlarınızı xeyli irəlilədə bilərsiniz. Amma illüziyalara qapılmayın. Şəxsi münasibətlərdə qeyri-müəyyən vəziyyətlərə düşməməyə çalışın.
Balıqlar – Bu gün mühakimə məntiqi pozula, düzgün qərarlar qəbul etmək bacarığı çətinləşə bilər. Əmanətlər qoymaq, sövdələşmələrə getmək və alış-verişlə məşğul olmaq arzuolunan deyil. Borclarınızı bağlamaq, hesabları ödəmək məsləhətdir. Kimsə diqqətinizi yayındıra bilər. Dostlarla planlaşdırılmamış görüş və ya kollektivdə hansısa problemlərin təcili həllinə ehtiyac yaranması mümkündür.