Azərbaycanda milli parklara səfər edən şəxslərin və turistlərin sayı sürətlə artıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
O bildirib ki, 2012-ci ildə ölkəyə milli parklara 1500-2000 turist gəlirdisə, hazırda bu rəqəm 196 min 84 nəfərə çatıb: "Turizmin əsas qolu eko-turizmdir, bu növ səyahətin təşkil olunması həm zövq almaq, həm də maarifləndirmə üçündür. Hər bir təbiət ərazisinə səfər etmək olar, amma eko-turizm çərçivəsində bunu səfərlər daha çox tənzimlənir və bu cür səfərlərdə təbiətə az zərər dəyir".
H.Əlizadə qeyd edib ki, Azərbaycan ərazisinin 10.3 faizi mühafizə altındadır ki, onun da 3 faizi milli parkdır.
trend.az