Azərbaycan nümayəndə heyəti yanvarın 24-dən 27-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2013" Beynəlxalq turizm sərgisində iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə nazirliyin turizm şöbəsinin müdiri A.İsmiyev, daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi A.Əliməmmədova, həmin sektorun məsləhətçisi C.Kəlbəliyev və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 üzvü daxildir.
Sərgidə, həmçinin "SW travel", "ATA travel", "Millennium Tourism and Congress", "The tour", "Gilan tourism", "Sultan travel", "Geo travel", "Regea travel" turizm şirkətləri və "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Fairmont Baku", "My way hotel" mehmanxanaları təmsil olunacaqlar.
Beynəlxalq sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kvadratmetr sahədə pavilyon quraşdırılmış, burada "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılmışdır. Sərgiyə gələn ziyarətçilərə və tədbirin iştirakçılarına paylanmaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın turizm şirkətləri 2003-cü ildən başlayaraq artıq on birinci dəfədir ki, "EMİTT" Beynəlxalq turizm sərgisində iştirak edir.
© zərTAc