1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyəyə qastrol səfəri davam edir.
Teatr şair-dramaturq İftixar Piriyevin “Soyqırımı tarixinin dastanı” tamaşasını Trabzon və Sakarya şəhərlərindən sonra İstanbulda teatrsevərlərə təqdim edib.
Tamaşadan əvvəl “Anadolu” Aydınlar Ocağının sədri, professor İbrahim Öztək ermənilərin türklərə qarşı törətdiyi soyqırımı ilə bağlı çıxış edib.
Qeyd edək ki, bu səfər Türkiyənin professor İbrahim Öztəkin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan-Türkiyə mədəniyyət və sənətdə DEV qardaşlıq və candaşlıq” layihəsi çərçivəsində həyata keçirilir.
Tamaşa daha sonra Çanaqqala, İzmir, İnegöl və Ankara şəhərlərində oynanılacaq.
azertag.az